Poroşenko bu görüşdən imtina etdi
Ukrayna prezidenti Pyotr Poroşenko mayın 8-də Moskvada keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək.
“Poroşenko olmayacaq”, – bunu jurnalistlərəRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Oxu.az-ın məlumatına görə, “İnterfax”ın sualına cavab verən Peskov dəqiqləşdirib ki, bu görüşdə iştirak – “prezidentlərin öz arzusudur”.
O vurğulayıb ki, bu görüşə MDB ölkələrinin bütün başçıları dəvət olunur.