“Ola bilsin, bəziləri hələ ki gözləmə mövqeyində, bəziləri isə məsləhətləşmə mərhələsindədir”.
Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində namizədlərin mümkün sırasını dəyərləndirən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanda xüsusi tələblərə cavab verə bilən hər kəs prezidentliyə namizədliyini irəli sürə bilər:
“Prinsip etibarilə, keçiriləcək prezident seçkilərinə namizədliyin irəli sürülməsi prosesi hələ yeni başlayıb. Siyasi partiyaların rəhbərləri və bitərəf namizədlər arasında namizədliyini irəli sürmək istəyən şəxslər mövcuddur.
Ola bilsin, onlardan bəziləri hələ ki gözləmə mövqeyində, bəziləri isə məsləhətləşmə mərhələsindədir. Bu səbəbdən, gələcəkdə prezidentliyə namizəd qismində kimləri görəcəyimizi indidən demək çətindir. Ancaq hər halda, onların sayının artacağını gözləmək mümkündür”.
Nəsimi Ələsgərli
www.yenicag.az