!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pravoslav kilsəsi hicaba qarşı çıxdı

!Reklam – Yazi

Rusiya pravoslav kilsəsi Çeçenistan hakimiyyətinin məktəblilərin dərsə hicabda gəlməyinə icazə vermək qərarına sərt yanaşıb.

Çeçenistanda məktəblilərin hicab taxmasına icazə verən qanuna düzəliş edilməlidir.

Yeniçağ.az xəbər verir ki, bu barədə Moskva patriarxının hüquqi xidmətinin direktoru Kseniya (Çerneqa Oksana Aleksandrovna) məlumat verib.

O, Rusiya Federasiyası Təhsil haqqında federal qanunun 38-ci maddəsini xatırladıb. Həmin maddəyə əsasən, dövlət və şəhər ümumtəhsil məktəbləri RF milli hakimiyyət subyektlərinin səlahiyyətli orqanları tərəfindən təsdiqlənmiş standart tələblərə uyğun şəkildə təhsil alanların geyimini müəyyən edir.

“Dövlətin təhsil siyasəti konstitusiya prinsiplərini nəzərə almalıdır. Bu zaman dünyəvi dövlət prinsiplərinə əməl edilməli, regional xüsusiyyətlərə diqqət olunmalı, Rusiya Federasiyasının bütün vətəndaşlarının təhsil alması üçün uyğun psixoloji şərait təmin edilməlidir”, -deyə senator qeyd edib.

Xatırladaq ki, martın 31-də Çeçenistan parlamenti təhsil haqqında qanuna dəyişikliklər qəbul edib. Bu dəyişikliklər şagirdlərə milli ənənələr və dini inanclara uyğun geyim geyinmək və simvollar gəzdirməyə icazə verir.
Çeçenistan parlamentinin qərarını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Kremlin sözügedən qanuna dair mövqeyini hələ formalaşdırmadığını bildirib.

Rusiya Federal Məclisinin Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas Çeçenistan parlamentinin qərarının dünyəvi dövlət prinsiplərinə tamamilə uyğun olduğunu qeyd edib.
Çeçenistan prezidenti Ramzan Kadırov RF Konstitusiyasının hər bir vətəndaşa vicdan və dini etiqad azadlığı verdiyinə diqqət çəkib. Onun fikrincə, ictimai yerlərdə hicab geyinməyə qoyulan qadağa Rusiya cəmiyyəti üçün dəhşətli ola bilər.

Yeniçağ.az

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv