Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,
apellyasiya instansiyası məhkəmələri üzrə:
1.1. Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilsin;
1.2. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;
1.3. Zahid Tahir oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;
1.4. Xəqani Hacı oğlu Səmədov Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
1.5. Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
1.6. Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
1.7. Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
hərbi məhkəmələr üzrə:
1.8. Fərman Məmməd oğlu Abbasov Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri təyin edilsin;
inzibati məhkəmələr üzrə:
1.9. Rəşad Mövsüm oğlu Nuriyev Ağcabədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan İnzibati Məhkəməsinin hakimi təyin edilsin;
kommersiya məhkəmələri üzrə:
1.10. İlkin Əli oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;
1.11. Fərid Eldar oğlu Hətəmzadə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
1.12. İlham Sadət oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
1.13. Fuad Ələsgər oğlu Hüseynov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
1.14. İlqar Vidayət oğlu Hüseynov İsmayıllı Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.15. Emin İlham oğlu Məmmədli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.16. Zaman Şakir oğlu İmanov Gəncə Şəhər Məhkəməsi sədrinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.












