Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Məhərrəm Soltan oğlu Əsədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü verib.

Qeyd edək ki, Məhərrəm Əsədov 9 mart 2016-cı ildən “Azəravtoyol” ASC-nin Texniki İdarəsinin rəisi vəzifəsində çalışır.

Prezident bu gün həmçinin Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib:

Əliyev Ziyəddin İsmayıl oğlu
Qasımov Əflatun Allahyar oğlu

İlham Əliyev başqa bir sərəncamla Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçilərini “Tərəqqi” medalı ilə təltif edib:

Azadəliyev Azadəli Kəlbəli oğlu
Babayev Eldar Mirvanoviç
Çıraqov Nizami Qəfər oğlu
Əhmədov Şahin Əhməd oğlu
Əmirova Xatiban Balasan qızı
Hacıyev Ələddin Əli oğlu
Hüseynov Yaşar Hüseyn oğlu
İsmayılov Səftər Tofiq oğlu
Qafarov Firdovsi Cümşüd oğlu
Qəniyev Dilqəm Seyfəddin oğlu
Quliyev Zakir İbrahim oğlu
Məhərrəmov Elxan Məmmədağa oğlu
Məmmədov Faiq Fazil oğlu
Paşayev Mübariz Vəliş oğlu
Şükürov Tahir Rəşid oğlu
Tağıyev Tağı Sultan oğlu
Zamanov Nizami Zaman oğlu

Yeniçağ.az

www.yenicag.az

401