!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Fuad Nəcəfliyə korrupsiya ilə mübarizə və düzgün kadr siyasətinin həyata keçirilməsi ilə bağlı tapşırıq verdi

!Reklam – Yazi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəfliyə korrupsiya ilə mübarizə və düzgün kadr siyasətinin həyata keçirilməsi ilə bağlı tapşırıq verib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

Qeyd edək ki, dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib.

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv