Prezident Məzahir Pənahovun qardaşı oğluna vəzifə verdi

media-hightechnic-468x90

Prezdentin sərəncamı ilə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim təyin olunub.

Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən, Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən, Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin ediliblər.

Qeyd edək ki, Babək Pənahov Mərkəzi Seçki Kommisiyasının sədri Məzahir Pənahovun qardaşı oğludur.

Xatırladaq ki, bir müddət əvvəl hər üç hakim Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunmuşdular.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa