Prezident seçkiləri Rusiyanın sirrini üzə çıxartdı

Vladimir Putinin qələbəsi ilə başa çatan prezident seçkiləri Rusiyanın Suriya siyasəti ilə əlaqədar vacib amili üzə çıxardıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildən bəri Suriyada olan əsgər sayını heç vaxt açıqlamayan Moskva dəqiq məlumat verməyə məcbur olub. Belə ki Suriyanın Dəməşq, Xmeymim və Tartus bölgələrində xidmət göstərən rus əsgərləri də səsvermədə iştirak ediblər. Rusiya müdafiə nazirinin köməkçisi Nikolay Pankov 18 martda baş tutan prezident seçkilərində iştirak edən əsgərlər barədə məlumat verib. Onun sözlərinə görə, Suriya torpaqlarında xidmət edən rus əsgərlərinin 99 faizi səsvermə hüququndan istifadə edib. Seçki sandıqlarına atılan 2954 bülletenin hamısında Vladimir Putinin adı işarələnib.

Qeyd edək ki, Putin 11 dekabr 2017-ci ildə Suriyada olan qoşunların böyük bir hissəsinə oradan çıxmaq barədə əmr vermişdi.

COP29