Prezident TDT liderlərini Azərbaycana dəvət etdi
Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq duyuram.
Yenicag.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident İlham Əliyev deyib ki, bu, Macarıstana 6-cı səfəridir: “Viktor Orban isə 7 dəfə Azərbaycana səfər edib”.
Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Şuşada TDT-nin qeyri-rəsmi sammiti Şuşada keçirilib: “Bu il Azərbaycan TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə sammitinə dəvət edirəm. Azərbaycan Türk dövlətlərinə 20 milyard dollara qədər sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı gözlənilir”.