Prezident təsdiqlədi: Bu qanuna dəyişiklik edildi

media-hightechnic-468x90

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində bu Qanunun tələblərinin icrasına nəzarət edir, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edəcək.

Ümumilikdə isə qanuna dəyişikliklərdə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600