Prezident Trampla divar tikməkdən danışdı

media-hightechnic-468x90

rte

Dünən Meksika Prezidenti Enrike Penye Nyeto ilə ABŞ prezidentliyinə namizəd Donald Tramp görüşüb.

Axar.az CNN-ə istinadən xəbər verir ki, Meksikada baş tutan görüş zamanı Anyeto Trampın miqrantların ölkəyə girişinin qarşısını almaq məqsədilə tikmək niyyətində olduğu sərhəd divarlarından söz açıb.

Prezidentin öz Tvitter hesabında da elan etdiyi kimi, Meksika tərəfi bu divarın tikintisinə pul xərcləməyəcəyini elan edib.

Xatırladaq ki, milyarder Donald Tramp qanunsuz miqrasiyanın qarşısının alınması üçün sərhəddə hündür divarlar tikdirəcəyini açıqlayıb.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa