Prezident xalq artistinə ev hədiyyə etdi

Azərbaycanın xalq artisti Ənvər Həsənova ev hədiyyə edilib.

Yenicag.az Manset.az-a istinadla xəbər verir ki, bir müddət bundan əvvəl Xalq artisti Ənvər Həsənova Prezident İlham Əliyev tərəfindən ev hədiyyə edilib.

Ənvər Həsənov məlumatı təsdiq edərək Prezident İlham Əliyevə təşəkkür edib:

“Allah cənab Prezidentimizi qorusun! O, mədəniyyət adamlarına həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Mənə də ev hədiyyə edib. Minnətdaram, bu, həm də mənim sənətimə verilən böyük dəyərdir”.