Prezident Xarici işlər nazirini vəzifəsindən azad etdi

Almaniya prezidenti Yoahim Qauk Frank-Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edib.

Xarici işlər nazirinin səlahiyyətlərini Sosial-Demokrat Partiyasının sədri, sabiq iqtisadiyyat naziri Ziqmar Qabriel icra edəcək.

Bundan əlavə, ədliyyə naziri Briqitta Sipris də vəzifəsindən azad edilib. Briqitta Sipris yeni iqtisadiyyat naziri təyin olunacaq.

Yenicag.az