Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentdən lotereya təşkilatçıları ilə bağlı – Fərman

77m-lottery-ticket-1024x831Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin maddədə “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 2.0.15-ci maddə əlavə edilir:

“2.0.15. maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”;

Mətn üzrə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir.

Bundan başqa, aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilir:

“10.4. Lotereya təşkilatçısı Azərbaycan Respublikasında lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili və keçirilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqq ödəyir.”.

Bu qanun qüvvəyə mindiyi tarixədək lotereyaların təşkili və keçirilməsi sahəsində verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Loading...

www.yenicag.az

500
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100