Prezidentə daha bir MÜRACİƏT - Nəticələr və DSK ləğv edilsin...

media-hightechnic-468x90

47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd İbrahim Salamov Prezident İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasnın sədri Məzahir Pənahova və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident! 9 fevral tarixində 47 saylı Mingəçevir Seçki Dairəsində baş verən özbaşınalıqları, qanun pozunularını sübuta yetirən video və fotofaktlarla bütün ölkə ictimaiyyətinin tanış olduğunu nəzərinizə çatdıraraq Sizdən bu dairədəki nəticələrin ləğv olunmasını, seçkiləri saxtalaşdıranların cəzalandırılmasını xahiş edirəm”.

Qeyd edək ki, müraciət müəllifi eyni zamanda MSK sədrindən 47 saylı Mingəçevir DSK-nın və bu DSK-ya aid MnSK-ların da ləğvini tələb edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600