!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentə Zəfər TƏBRİKİ: “Sizin siyasi iradəniz və qətiyyətiniz sayəsində...” – Tənzilə Rüstəmxanlı

!Reklam – Yazi

Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı lokal antiterror tədbirləri nəticəsində qazanılan Qələbə münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az ATEV sədri Tənzilə Rüstəmxanlının dövlət başçısına yazdığı məktubun mətnini təqdim edir:

“Hörmətli Cənab Prezident!

Sizi – Zəfər Savaşının Müzəffər Ali Baş Komandanını Qarabağda yerləşmiş qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərində əldə olunan Qələbə münasibəti ilə səmimiyyətlə təbrik edirəm. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbədən sonra antiterror əməliyyatları nəticəsində seperatçıların təslim olması Azərbaycan dövlətinin növbəti böyük hərbi-siyasi uğurudur. Bu, beynəlxalq müstəvidə Azərbaycanın gücünün və qüdrətinin təzahürü olmaqla yanaşı, regionun Lider dövləti olduğunun isbatıdır.

İstər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də sentyarbrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi, onun əmrlərini dəstəklədi. Azərbaycan dövləti sadəcə, döyüş meydanında deyil, dünya miqyasında qalib gəldi. Dövlətimiz öz nüfuzunu, mövqeyini sonadək qorudu və həyata keçirdi, xalqımızı daha da ucalara yüksəltdi. Bir gün ərzində nümayiş etdirilən güc və qazanılan qələbə həm ermənilərə, həm də onların havadarlarına, Azərbaycana hədə-qorxu gələnlərə ən tutarlı cavab idi.

Hörmətli Cənab Prezident!

Sizin siyasi iradəniz, qətiyyətiniz, uzaqgörənliyiniz, liderlik keyfiyyətləriniz, mükəmməl plan və təcrübəniz sayəsində Azərbaycan öz məqsədinə istədiyi şəkildə nail oldu. Sizi bir daha Qələbə münasibəti ilə təbrik edir və Sizin rəhbərliyiniz altında ölkəmizin daha böyük uğurlar qazanacağına inanıram.

Hörmətlə,

Tənzilə Rüstəmxanlı,
Azərbaycan Türkiyə Evinin (ATEV) sədri”

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv