ABŞ və Fransa prezidentlərinin birgə əkdikləri palıd ağacı Ağ Evin qarşısındakı bağdan yoxa çıxıb.
Yenicag.az “Reuters”ə istinadən bildirir ki, həmin ərazidən çəkilmiş son şəkildə ağacın yeri boş görsənir.
Xatırladaq ki, Fransa prezidenti Emmanel Makron bu günlərdə iki ölkə arasındakı münasibətlərin 250 illiyi münasibətilə Vaşinqtona ziyarətə gedərkən, özü ilə hədiyyə olaraq Fransanın şimalından palıd ağacı aparmışdı. Həmin palıd ağacını iki ölkənin prezidentləri təntənəli şəkildə Ağ Evin bağında əkmişdilər.
Makron hətta bu barədə Tvitterdə paylaşım da etmişdi. “Yüz il əvvəl amerikalı əsgərlər Fransada, Belloda bizim müstəqilliyimizi qorumaq üçün döyüşüblər. Bu palıd Ağ Evin düz qəlbində bizi bağlayan əlaqələr barədə xatırlatma olacaq” – deyə o paylaşımda yazıb.
Zaur H.
100 years ago, American soldiers fought in France, in Belleau to defend our freedom. This oak tree (my gift to @realDonaldTrump) will be a reminder at the White House of these ties that bind us. pic.twitter.com/AUdVncaKRN
— Emmanuel Macron (@EmmanuelMacron) April 24, 2018
www.yenicag.az