!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin dayısı seçkini belə şərh etdi - VİDEOREPORTAJ

!Reklam – Yazi

Bu gün Azərbaycanda prezident seçkiləridir.

Yenicag.az xəbər verir ki, 8 namizəd prezidentlik postu uğrunda mübarizə aparır. Kimin prezident olacağına isə qeydə alınan 5 milyon 300 mindən çox seçici qərar verəcək. Səhər saat 08:00-dan etibarən seçki prosesinə start verilib.

Yenicag.az-ın əməkdaşları da 23 saylı Nəsimi-Səbail Seçki dairəsnin 23 saylı seçki mənqətəsində olublar. Dairə sədri Həsən Vəliyevin saytımıza verdiyi məlumata görə, burada 1243 seçici qeydə alınıb.

Seçicilərin aktivliyi yaxşı qiymətləndirilir. Sözügedən dairənin ən tanımış seçiciləri arasında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan prezidentinin dayısı, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Liberal Partiyasının lideri Lalə Şövkət də yer alıb.

Qeyd edək ki, 58 mindən çox müşahidəçinin izlədiyi seçki prosesi saat 19:00-da başa çatacaq.

Emin Səfərov

Cəmalə Əlizadə

www.yenicag.az

5225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv