“Prezident”in əsir götürülən qardaşı öldürüldü

Özünü Əfqanıstan prezidenti elan edən şəxsin qardaşı “Taliban”çılar tərəfindən qətlə yetirilib.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra özünü ölkənin prezidenti elan etmiş Əmrullah Salehin qardaşı Ruhulla Saleh Pəncşer uğrunda gedən döyüşlər zamanı əsir düşmüşdü.

Bu gün yayılan məlumata əsasən, Ruhulla Saleh artıq öldürülüb.

Bununla belə, digər informasiyaya görə, Ruhulla bir neçə gün əvvəl Pəncşer bölgəsində gedən döyüşlər zamanı həlak olub.