Prezidentin kortejindəki avtomobil polisi vurdu – VİDEO

ABŞ prezidenti Donald Trampın kortejinə daxil olan avtomobil polisi vurub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Davosda yol polisi BMW markalı avtomobili saxlamaq istəyib. Lakin, avtomobil sürəti daha da artıraraq polisə dəyib. Qəzadan xəsarət almadan qurtulan polis avtomobilin prezidentin kortejinə məxsus olduğunu bilmədiyini deyib.

Qeyd edək ki, Tramp forumda iştirak etmək üçün Davosa yollanıb.

Loading...