Prezidentin məmurlardan XİDMƏT TƏLƏBİ: "Rəhbər orqanlarda çalışanlar bu tədbirlərdən nəticə çıxarmalıdır"

media-hightechnic-468x90

“Bu gün rəhbər orqanlarda çalışanlar həmin tədbirlərdən nəticə çıxarmalı, prezident İlham Əliyevin istiqamət verdiyi yol xəritəsinə uyğun fəaliyyət göstərməlidirlər”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, prezident İlham Əliyevin siyasi kursunun əsas istiqaməti sosial ədalət məsələsi ilə bağlıdır.

“Sözügedən məsələdə əsas hədəf qanunsuz hərəkətlər və korrupsiya əməllərinə yol verilməməsidir. Biz əvvəl bəzi məmurların təyin olduğu vəzifədən öz məqsədləri, yəni varlanmaq üçün istifadə etdiyini görürdük.

Onlara tapşırıqlar verən mərkəzi icra hakimiyyət orqanlarında kifayət qədər təmizlənmə işləri aparıldı. Az öncə sadalanan əməllər isə keçmişdə qaldı. Həmin göstərişləri verənlər isə cinayət məsuliyyətinə cəlb olunub.

Bu gün rəhbər orqanlarda çalışanlar həmin tədbirlərdən nəticə çıxarmalı, prezident İlham Əliyevin istiqamət verdiyi yol xəritəsinə uyğun fəaliyyət göstərməlidirlər. Yəni insanların içində olmalı, onların qayğıları ilə maraqlanmalıdırlar”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa