Prezidentin səfərindən sonra İH ağacları çıxardı - Video

media-hightechnic-468x90

Gəncə şəhərində Prezident İlham Əliyevin səfərindən öncə yola qoyulan ağaclar Prezidentin səfəri bitən kimi yığışdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Gəncə sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları video böyük müzakirə yaradıb.

Gəncə şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, həmin ağaclar əraziyə əkilmək üçün gətirilib, amma mütəxəssislər məsləhət bilməyiblər:

“Sözügedən ərazidə torpaq səthinin altı daşlıqdır. Burada həmin ağacların tutma ehtimalı aşağı olduğu nəzərə alınaraq, mütəxəssislərin məsləhəti və nəzarəti altında ağacların başqa əraziyə köçürülməsi təmin edilib. Hazırda həmin ərazidə gül kolları əkilir”.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfər etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600