Prezidentin şəkli ətrafında qalmaqal-Video

media-hightechnic-468x90

11275768-7BFD-4991-82A1-CED46A58ACA5_mw1024_s_nQazaxıstan prezidenti Nazarbayevin məşhur ailə şəkli ilə bağlı dövlətlərarası qalmaqal yaranıb.

Qazaxıstanın Zakon.kz saytı yazır ki, “Rusiyanın “Rossiya 1” və Ukraynanın “İnter” televiziya kanallarında “Tənha ürəklər” adlı 4 seriyalı bir film göstərilib. Burda qəhrəmanlardan biri Tacikstanda qalan ailəsindən danışır və ailəsinin fotosunu göstərir. Deyir ki, bu şəkildə onun Rəhim adında babası təsvir olunur. Foto isə Nursultan Nazarbayevin ailə üzvləri ilə birlikdə çəkdirdiyi şəkildir.

Şəkildə Qazaxıstan prezidentinin yerinə saqqallı “Rəhimin” şəkli qoyulub və bir kürəkəninin də şəkli dəyişdirilib. Yerdə qalanlar – qızları, xanımı, nəvələri, digər kürəkəni olduğu kimi qalır.
​​
Film göstəriləndə Qazaxıstanda böyük hay-küy yaranıb. Filmi çəkən Ukraynanın UPS kinoşirkətinin baş prodüsseri İrina Zarya üzr istəyib:”Mən Qazaxıstan prezidentindən, onun ailəsindən üzr istəyirəm. Bu, bizim kollektivə dərs olacaq”.

Zaryanın izahına görə, vaxtilə şirkət köçəndə şəkillər qutulara yığılıb, filmdə istifadə edəndə şəkilin kimə aid olmasına fikir verməyiblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600