Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda: İlk iş günü

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli artıq iş başındadır.

Yenicag.az xəbər verir ki, bu barədə Musavat.com-a Naxçıcandakı mənbələr məlumat verib.

Həmçinin Prezident Adminiatrasiyasının rəhbər şəxsləri də Naxçıvandadır. Hazırda Naxçıvan Ali Məclisində geniş tərkibdə iclas keçirilir.

Xatırladaq ki, Nəcəfli Fuad Vahid oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.

BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində,  “Star Alyans” Sığorta Şirkətində, “Texnikabank”da, “Paşa Holdinq” MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvüdür.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa