Prezidentlərin görüşünə dair yeni xəbər
“Azərbaycan və Ermənistan prezidentləri görüşmək barədə razılığa gəlsələr, Fransa görüşün keçirilməsi üçün əlindən gələni edəcək”.
Bunu Fransanın Ermənistandakı səfiri Anri Reno deyib.
Onun sözlərinə görə, Fransa prezidenti Fransua Olland regiona səfəri zamanı bildirmişdi ki, Dağlıq Qaraba münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesini sürətləndirmək lazımdır. Bundan başqa Olland münaqişə ətrafında razılığın əldə olunması üçün tərəfləri mövqelərini dəyişməyə çağırmışdı.
“Məhz buna görə də Fransua Olland görüşün keçirilməsini təklif edib. İndi isə Azərbaycan və Ermənistan prezidentləri görüşün keçirilməsi barədə razılığa gəlməlidir. Biz görüşün keçirilməsinə hazırıq”, deyə səfir bildirib.