!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Problemli kreditlərin həcminin daha da artmaması üçün....” – Fuad İbrahimov

!Reklam – Yazi

“Koronavirusla əlaqədar mövcud rejimin müddəti uzanarsa, bu halda istehlak kreditlərinin ödənişinə tətil verilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus infeksiyasının ölkədə yaratdığı mövcud şəraitin problemli kreditlərin həcminə təsirini şərh edən iqtisadçı Fuad İbrahimov bilidirib.

Fuad İbrahimova görə, bütün hallarda istehlak kreditləri üzrə borclarda əlavə güzəşt gözlənilməsə də, müəyyən dövr üçün ödənişlərin dondurulması vacibdir:

“Ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarov prezidentin qəbulunda çıxışı zamanı yardım proqramı fonunda əsasən, biznes kreditlərinə baxılmasının üstünlük təşkil etməsi barədə məlumat verib.

Lakin koronavirus infeksiyası ilə əlaqədar mövcud rejimin müddəti uzanarsa, bu halda istehlak kreditlərinin ödənişinə tətil verilməlidir. Çünki vətəndaşların əksəriyyəti qaydalara əsasən, evdən çıxmır, əmək fəaliyyəti dayandırılıb.

Ölkədə 300-400 mindən artıq insan muzdlu işçi olduğuna görə proqrama uyğun olaraq, Əməkhaqqı fondu əksər şəxslərin maaşını müəyyən faizlə verəcək. Kompensasiyanın maksimum həcmi 712 manat təşkil etsə də, vətəndaşlara bu yardım orta əməkhaqqı bazasına uyğun hesablanacaq. Həmin şəxslər isə istehlak kreditləri varsa, o vəsaitdən kəsib ödəniş etməli olacaqlar”.

Koronavirus infeksiyasının ölkə iqtisadiyyatına vurduğu zərərin mümkün miqyasını müəyyənləşdirməyin hələlik çətin olduğunu vurğulayan Fuad İbrahimov qeyd edib ki, karantin rejiminin müddəti yeni qərarların qəbuluna yol aça bilər:

“Hazırda qəbul edilmiş qərarların davamlı olacağını söyləmək çətindir. Belə fors-major hallarda qərarlar tez-tez dəyişə bilər. Reallıq budur ki, dövlət tərəfindən müvafiq addımların atılmaması problemli kreditlərin həcmini birmənalı şəkildə artıracaq.

Buna görə də problemin qarşısını almaq üçün İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Mərkəzi Bank tərəfindən dörd istiqamət üzrə birgə işlər aparılır. Gedişatla bağlı proqram 3 aprel tarixində bəyan olunacaq”.

Gülşən Şərif

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv