Professordan deputatın TƏKLİFİNƏ REAKSİYA: “Mənasız bir şeydir”

media-hightechnic-468x90

 

“Ayrıca plastik cərrahiyyə mərkəzi açılsın, bu, çox mənasız bir şeydir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlının Azərbaycanda plastik cərrahiyyə üçün ayrıca mərkəzin yaradılması ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirərkən professor Adil Qeybulla deyib.

Professor bu təklifin reallaşmasına lüzum olmadığını bildirib:

“Bu real bir şey deyil. Bəzi spesifik xəstəliklər – onkologiya və s. – bunlar üçün dünyanın hər yerində xüsusi xəstəxanalar var. Bu cür təkliflər dünya praktikası ilə uyğun olmalıdır. Təsəvvür edin hər nazirliyin bir xəstəxanası var, bu kimə lazımdır?! Heç yerdə belə bir şey yoxdur. Xəstəxana yalnız Müdafiə Nazirliyinin tərkibində ola bilər. Yoxsa ki, az qala, hər nazirliyin tibb idarəsi, xəstəxanası var, bu, düzgün deyil.

Təbabət vahid idarəetmə mərkəzindən idarə olunmalıdır ki, orada bütün diaqnostika və müalicə vasitələri hamısı reyestrə salınsın. Ölkədə nə baş verirsə, hamısı nəzarət altında olsun. Yoxsa ki, ayrıca plastik cərrahiyyə mərkəzi açılsın, bu, çox mənasız bir şeydir”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600