Prokuror Elnarə Tofiqqızının ölümü ilə bağlı həkimə cəza istəyib

media-hightechnic-468x90

7816Bu gün Nəsimi Rayon Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

media-banner_tuq

E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin vəkili Səməd Vəkilovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Firuz İbrahimovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Proses aprelin 8-də davam etdiriləcək.

Cinayət işinin materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir, onun barəsində başqa yerə getməmə haqqında məhkəmə qərarı var.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05