Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yaydı

media-hightechnic-468x90

Oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600