!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Proqnoza boyun əyən Avropa Çempionatı: Baş məşqçini qınamağa dəyərmi? – Tənqidlər daha da artacaq

!Reklam – Yazi

Bəlkə də, ilk dəfə idi ki, futbol proqnoza bu qədər boyun əydi. Çempionatın əvvəlində mütəxəssislər İspaniya və İngiltərəni əsas favorit kimi göstərirdilər. Finala da məhz bu iki komanda adladı. Amma bu komandalar fərqli oyun sisteminə üstünlük verdilər. İspaniya yaradıcı futbola “stavka” etdisə, ingilislər tarixi ənənələrinə zidd yolu tutdular”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

Mütəxəssis ötən gün AVRO-2024-ün final matçı çərçivəsində baş tutan İspaniya -İngiltərə (2:1) matçı ilə fikirlərini bölüşüb.

O, sual edib ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyti buna görə qınamağa dəyərmi?

“İngilis mediası və azarkeşləri onu sərt tənqid edirlər, ənənəvi yoldan sapındığına görə… Amma onu da başa düşmək lazımdır. Bundan əvvəlki Avropa çempionatında İngiltərə finalda İtaliyaya məğlub olmuşdu – “antifutbol virusu”nun əsas yayıcısına. Görünür, Sautqeyt italyanlardan “ilham” almışdı. Ona görə də, bu dəfə antifutbol fəlsəfəsinə üstünlük vermişdi”.

N. Muxtarlının sözlərinə görə, bu çempionatda ingilislər tək deyildi və elə ağlasığmaz hücum potensialı olan Fransa da eyni yolu tutmuşdu:

“Ancaq Almaniyada yaradıcı futbolu yayan İspaniya da vardı. İspaniya həm Fransanı, həm də İngiltərəni məğlub etməklə yaradıcı futbolun təntənəsinə böyük töhfə vermiş oldu.

İspaniyanın qələbəsi futbolun təntənəsi sayılmalıdır. Heç kimə sirr deyil ki, dünya futbolunda yaradıcı fəlsəfə ilə nəticə hesablanmış oyun sisteminin mübarizəsi gedir. İspanlar növbəti dəfə sübut etdilər ki, yaradıcı futbolla müdafiədə qurulan ən sərt “avtobus”u da dağıda bilərlər”.

“Onların qələbəsi futbolun populyarlığına da töhfə verəcək. Dünya futbolunda gənclərin bu idman növünə marağının azalması müşahidə olunur. Gəncləri futboldan kim perik salır? İtaliya, Fransa, İngiltərə kimi futbol oynayanlar. Amma İspaniya onlara qarşı mübarizə apardı və qalib gəldi.

İngiltərədə ciddi tənqid olunan Sautqeyt özünü titul qazanmaqla xilas edə bilərdi, amma alınmadı. Deməli, tənqidlər daha da artacaq. Düşünürəm ki, bunun da nəticəsində İngiltərə oyun fəlsəfəsini dəyişməli olacaq. Elə Fransada da azarkeşlərin etirazı var. Son sorğuya görə fransızların 51 faizi Didye Deşamın qovulmasını tələb edir.

Beləliklə, Almaniyada İspaniyanın çempionluğu fonunda futbolun təntənəsinə şahidlik etdik. Qazanan futbol və azarkeşlər oldu”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv