Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prorektor həbs edildi

sdsdsfsRusiya paytaxtı Moskvada Ali Iqtisad Məktəbinə aid institutun milliyyətcə azərbaycanlı direktor müavini Hakim Mürsəlimov saxlanılıb.

Buna səbəb Hakim Mürsəlimovun içkili vəziyyətdə olarkən köməyinə gələn tibb bacısının üzünə sillə vurması olub. Hazırda Moskva polisi hadisənin hansı şəraitdə baş verməsini araşdırır. İlkin məlumatlara görə, 47 yaşlı prorekror restorana gecə saatlarında 1 kişi və 2 xanımın müşayəti ilə gəlib.

İçkili Mürsəlimovun ayağı sürüşərək yıxılıb və o, başından ciddi yara alıb. Əraziyə kömək ücün ilkin təcili tibbi yardım maşını çağırılıb. Tibb bacısı zərərçəkənin yarasını müayinə edərkən içkili halda olan Mürsəlimov ona sillə vurub. Bunu görən barmen xanımın müdafiəsinə qalxıb, əraziyə polis çağırılıb. Əraziyə gələn tibb işçiləri Mürsəlimovu təcili tibbi yardım maşını ilə aparmağa cəhd göstərəndə, yaralı çırpınmağa və qışqırmağa başlayıb.

Qanun keşikçiləri içkili vəziyyətdə olan innovativ proyektlərin idarəedicisini qısa vaxt ərzində xərəkə bağlayaraq N.V.Sklifosovski adına Təcili Yardım İnstitutuna yollayıb. Mürsəlimova sakitləşdirici vurulduqdan sonra o, qalmaqallı hadisəni belə şərh edib: “Mən, sadəcə, yorğun idim, yuxuya getmək qərarına gəldim. Mənim tərəfimdən bütün davranış qaydalarına əməl olunub”.

Ali İqtisad Məktəbinin saytında bildirilir ki, Hakim Mürsəlimov “iİdarəetmə əməkdaşlarının ixtisasartırmasını təşkil edir, həmçinin keyfiyyətli əmək üçün optimal şərait yaradılmasını gerçəkləşdirir”. O, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

Hakim Mürsəlimov 2010-cu ildə “Taymıra xidmətinə görə” fəxri döş nişanına, “Federasiya Şurasının 15 illiyinə” medalı və s.-lə təltif olunub(ans).

www.yenicag.az

107