Rəşad Sadıqov Azərbaycan millisinin baş məşqçisi olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenicag.az saytına açıqlama verən tərcübəli müdafiəçi və “Qarabağ”ın U-19 komandasının baş məşqçisi məsələyə belə münasibət bildib:
“Elə bir mövzu yoxdur. Birbaşa millinin baş məşqçisi olmaq məsuliyyətli işdir. Bu haqda düşünmək üçün çox tezdir. Ən azından yaya qədər “Qarabağ”da futbolçu karyeramı davam etdirmək istəyirəm. Bundan başqa Robert Prosineçkinin yığmada qalıb-qalmayacağı da dəqiq deyil”.
www.yenicag.az