“PSJ – Bayern” matçı Rəhim Həsənovu ofsaydda qoydu: “O, qaydaları özünə görə şərh edir”

media-hightechnic-468x90

“AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bəzən özü də hansı hakim qərarını necə şərh etməli olduğuna qərar verə bilmir.”

media-banner_tkm

Dünən Çempionlar Liqasının yarımfinalında Fransanın “PSJ” və Almaniyanın “Bayern Munich” klubları arasında keçirilən oyunun 45-ci dəqiqəsində alman müdafiəçi Alphonso Davies əllə oynadığı üçün hakim almanların qapısına penalti təyin etdi.

Bir neçə gün öncə Azərbaycan kubokunda “Sabah” və “Qarabağ” klublarının oyununun son saniyələrində eyni epizoda hakimin penalti verməməsi və AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun hakimin qərarını dəstəkləməsi bir daha müzakirə mövzusu olub. Azərbaycan futbolunda eyni epizoda verilməyən penalti avropanın ən ad-sanlı liqasında penalti verilirsə problem bizdədir yoxsa avropada?

Bu sualın cavabını Yenicag.az-a idman jurnalisti Kənan Məstəliyev verib. K. Məstəliyev problemin əslində Azərbaycanda fəaliyyət göstərən hakimlərin ümumi problemi olduğu, AFFA Hakimlər Komitəsinin isə bu problemləri həll etmək yerinə çaşdırıcı açıqlamalar verdiyini qeyd edib:

“Əslində futbolda o qədər mübahisələr olub ki, artıq nəyin doğru, nəyin yalnış olduğunu müəyyənləşdirmək çox çətin olub. Ona görə ki, hakimlərimiz bəzən qaydalar haqqında o qədər detallı danışırlar, əksər hallarda ikibaşlı danışırlar və biz hansının doğru olduğunu anlaya bilmirik. Məsələn, əvvəlcə Rəhim Həsənov (Hakimlər Komitəsinin sədri) Kamilo Duranın epizoduna “penalti deyil” dedikdən sonra izah vermişdi ki, müdafiəçi “Qarabağ” hücumçusuna qarşı kobud oynayarkən ilk ayağını topa toxundurub daha sonra ayağı hücumçuya dəydiyi üçün penalti sayılmır amma üstündən bir müddət sonra təxminən eyni epizodda kubokun yarımfinalında Qismət Alıyevə qarşı penalti verilir. Bəzən elə fikir formalaşır ki, Rəhim Həsənov özü də bilmir hansı epizoda hansı formada şərh vermək lazımdır. Bunu bilərəkdən edib etmədiyi haqqında fikrim yoxdur. Tək bildiyim odur ki, hal-hazırda Azərbaycanda hakimliklə bağlı problem var. Hazırda Azərbaycanın futbol hakimlərinin idarəetməsi yaxşı vəziyyətdə deyil. Problem normal idarə olunmur. Ona görə də belə haçalanmış fikirlər ortaya çıxır. Azərbaycan hakimlərindəki problemlər ən qısa müddətdə həll olunmalıdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05