!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pul köçürmələrində problemlər: "Bu halda ölkə iqtisadiyyatı ciddi zərər görə bilər"

!Reklam – Yazi

Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycandan xarici ölkəyə, eləcə də Azərbaycana xarici ölkələrdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar məbləğdən asılı olaraq cərimələnəcək və həbs ediləcək. Fərmana əsasən, həmin cinayət işləri üzrə ibtidai istintaq bu işi başlamış İqtisadiyyat Nazirliyi və ya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişiklik məqsədəuyğundur və biznes mühitinin sağlamlaşmasına müsbət təsir edə bilər:

“Ölkənin əsas sütunlarından biri pul-monetar siyasətidir. Bu baxımdan verilən qərar tamamilə təhlükəsizlik prinsipinə uyğundur. Eyni zamanda Azərbaycan iqtisadiyyatının xarici təsirlərdən qorunması, habelə daxildə müəyyən məqsədlə aparılmış pul köçürmələri zamanı qarşılıqlı maxinasiya hallarının aradan qaldırılması məqsədilə qəbul olunan bir qərardır. Bu qərarın icrası ölkə iqtisadiyyatına hər hansısa zərər verməyəcək. Sadəcə hər bir qərarın icrası onun obyektiv şəkildə həyata keçirilməsini tələb edir. Əgər sözügedən prosesdə obyektivlik olmasa, sahibkarlara qarşı süni şəkildə təsir və təzyiq metodları tətbiq olunarsa, bu halda ölkə iqtisadiyyatı ciddi zərər görə bilər.

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi pul köçürmələrində ciddi problemlər yaradıb. Bəzi işbazlar bu vəziyyətdən sui-istifadə edərək maddi gəlir əldə etməyə çalışdılar. Onlar pul köçürmələrini müxtəlif instansiyalar vasitəsilə qeyri-leqal şəkildə həyata keçirdilər. Bu, biznes mühitinə müsbət təsir göstərsə də, prosesin davamlı olması dövlətimiz üçün çox ciddi fəsadlara səbəb olacaq. Ona görə də pul köçürmələrində tam şəffaflıq tələb olunur və qanunlar qəbul olunur. Azərbaycan dövləti çalışmalıdır ki, biznes mühiti üçün köçürmə şəraiti yaradılsın”.

Gülşən Şərif

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv