"Pulu göyərçinlə göndərmisiniz?" – "Bank Respublika"dan ŞİKAYƏT

media-hightechnic-468x90

Azərbaycanın tanınmış banklarından olan “Bank Respublika”da müştəri vəsaitlərinin köçürülməsi ilə bağlı ciddi problem yaşanmaqdadır. Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə bankın xidmət səviyyəsi müştəriləri hiddətləndirib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, narazı müştəri fevralın 13-də özünə məxsus maaş kartından digər aktiv kartına pul köçürməsi zamanı gözlənilməz problemlə üzləşib. Şikayətçinin bildirdiyinə görə, əməliyyatın uğurla başa çatması barədə çek verilsə də, vəsait nə yeni karta köçüb, nə də köhnə karta geri qayıdıb.

Müştəri yaşadığı mağduriyyəti bu sözlərlə ifadə edib:

media-fddb0f7b-392e-4d9f-9a6a-3bc03a88a431

“13 fevral axşam saatlarında Bank Respublikaya məxsus maaş kartımdan digər aktiv kartıma pul transferi etmişəm. Əlimdə köçürmənin təsdiqi barədə çek olmasına baxmayaraq, pul hələ də karta çatmayıb. Vəsait sanki ‘havada asılı’ qalıb. 21-ci əsrdə yaşayırıq, bu nə biabırçı xidmətdir?”

Bank xətasını boynuna almır: Müştərini iş günləri ilə yubadırlar

Problemlə bağlı bankın müştəri xidmətlərinə müraciət edən vətəndaş daha böyük laqeydliklə qarşılaşıb. Bank əməkdaşları texniki xətanı aradan qaldırmaq əvəzinə, gecikməni müxtəlif bəhanələrlə əsaslandırmağa çalışıblar:

“Dəstəyə zəng edirəm, öz xətalarını qəbul etmək yerinə, əsassız səbəblər gətirirlər. Deyirlər ki, vəsait bir neçə iş günündən sonra geri qayıdacaq. Adama deyərlər, pulu göyərçinlə göndərmisiniz ki, bu qədər vaxt aparır?”

Müştəri digər vətəndaşları da ehtiyatlı olmağa çağıraraq, bankın müasir tələblərə cavab verməyən sistemindən narazılığını kəskin şəkildə ifadə edib. Analoji problemlərin digər istifadəçilər tərəfindən də yaşanıb-yaşanmadığı isə hələlik sual altındadır.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05