Putin bu dəfə də Qazaxıstanı qarmağa keçirmək İSTƏYİR – Kremlin Astanaya olan hücumlarının səbəbi NƏDİR?

media-hightechnic-468x90

“Rusiyanın imperiya ambisiyaları hər zaman olub və bu da, əslində, rus toplumunun şovinist təfəkküründən irəli gəlir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

Siyasi təhlilçi son günlər Rusiya və Qazaxıstan arasındakı münasibətlərin gərgin səviyyəsini izah edib.

Xatırladaq ki, rusiyalı rejissor Nikita Mixalkovun “Besoqon TV” layihəsində Qazaxıstanı hədəfə alması, habelə qazaxların Rusiyanın mərkəzi ərazilərinin tarixi Qızıl Orda torpaqları olmasını iddia etməsi Astana və Moskva arasındakı əlaqələrin gərginləşməsinə səbəb olub.

R. Bayramova görə, hər kəs razılaşar ki, Rusiyada şovinist düşüncə tərzi hər zaman ən yüksək səviyyədə olub:

“İndi isə müxtəlif istiqamətlərdə mövqe itkiləri ilə üzləşən Rusiya daha da aqressivləşib. Cənubi Qafqazda mövqelərini bərpa etmək üçün göstərdiyi səylər, Orta Asiyanın nəzarətdən çıxmasına imkan verməmək üçün müxtəlif vasitələrdən istifadə etməsi bunun əyani sübutudur. Rəsmi Moskva, xüsusilə son dövrlərdə Qazaxıstanın müstəqil xarici siyasət kursu yürütməsini həzm edə bilmir. Prezident Kasım-Jomart Tokayev açıq şəkildə Rusiyanın Ukraynada ilhaq etdiyi əraziləri Rusiya torpağı kimi tanımadığını bəyan edərək müstəqil və milli maraqlara əsaslanan bir siyasət həyata keçirir. Qazaxıstan neftinin Türkiyə üzərindən nəqli ilə bağlı əldə olunmuş son razılaşmalar isə Rusiyanı tamamilə qəzəbləndirib və Moskva bu vəziyyəti qəbul etməkdə çətinlik çəkir”.

Analitikin fikrincə, buna görə də Kreml uzun illər susqun qaldığı ərazi iddialarını yenidən gündəmə gətirir:

“Şimali Qazaxıstanla bağlı səsləndirilən “tarixi Rusiya torpaqları” iddiaları, eyni zamanda Putinin Tokayevə yönəlik “biz xilas etdik” açıqlaması, yəni KTMT-nin Qazaxıstandakı məlum hadisələr zamanı bölgəyə yerləşdirilməsi və Rusiya mediasında yayımlanan bu səpkili çağırış və yazılar Moskvadan Astanaya verilmiş açıq mesaj kimi qəbul oluna bilər. Bu baxımdan, Qazaxıstanla Rusiya arasında gərginliyin daha da artması ehtimalı mövcuddur”.

Həmsöhbətimiz əmindir ki, Qazaxıstan isə bu təzyiqlərin və artan gərginliyin hərbi qarşıdurmaya çevrilmə ehtimalını nəzərə alaraq, ordusunun gücləndirilməsi istiqamətində ciddi tədbirlər görür ki, bu da tamamilə təbiidir:

“Düşünürəm ki, bu qarşıdurmadan zərərlə çıxacaq tərəf məhz Rusiya olacaq. Dünyanın ən uzun sərhədlərindən birinin məhz Rusiya ilə Qazaxıstan arasında yerləşdiyini nəzərə alsaq, – bu, təxminən 7600 kilometrlik bir sərhəddir – Ukraynadan sonra Qazaxıstanla da qarşıdurma Rusiya üçün fəlakətli nəticələrə səbəb ola bilər. Üstəlik, Qazaxıstanla münaqişə vəziyyətində digər Orta Asiya ölkələrinin Rusiyanın yanında yer almayacağı da istisna deyil. Bundan başqa, Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür ki, bu da Türkiyənin, Azərbaycanın və ümumilikdə türk dünyasının Qazaxıstanın yanında yer alacağı anlamına gəlir. Odur ki, Rusiyanın imperiya siyasəti və rus toplumunun şovinist təfəkkürü hər keçən gün ölkəni fəlakətə bir addım daha yaxınlaşdırır desək, yanılmarıq”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa