Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirəcək

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək və bir sıra beynəlxalq telefon danışıqları aparacaq.

Yenicag.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Prezident MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 18-ci iclasını keçirəcək. O qeyd edib ki, mövcud vəziyyət – “xarici və daxili təhdidlərin çoxalması” fonunda MDB dövlətlərinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin üzərinə xüsusi yük və məsuliyyət düşür.

“Bu tədbirin sonunda Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirməyi planlaşdırır və biz bir neçə beynəlxalq telefon danışıqlarını istisna etmirik”, – deyə Kremlin sözçüsü vurğulayıb./Apa/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600