Putin bu ölkələrin prezidentlərini təbrik etmədi

media-hightechnic-468x90

putin-v-ochkah25305Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə Gürcüstan və Ukrayna prezidentləri Georgi Marqvelaşvili və Pyotr Poroşenkonu təbrik etməyib.

media-banner_tuq

Kremlin rəsmi saytında yerləşdirilən məlumatda Rusiya prezidentinin Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, tanınmayan “Abxaziya”, “Cənubi Osetya” prezidentlərini, o cümlədən Gürcüstan və Ukrayna vətəndaşlarını Qələbə günü ilə bağlı təbrik etməsi vurğulanır.

“Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Böyük Qələbə amansız düşmənə qarşı çiyin-çiyinə vuruşmuş və dünyanı nasizmdən xilas etmiş xalqlarımızın ümumi, misli-bərabəri olmayan sərvətidir. Bu gün bizim borcumuz həlak olmuş qəhrəmanların xatirəsini göz bəbəyi kimi qorumaq, müharibə veteranlarını qayğı ilə əhatə etmək, keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir”, – deyə Putinin prezidentlərə göndərdiyi məktubda qeyd olunur.

azvision.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05