"Putin çox yanılıb..." - Bayden Kiyevə getmə səbəbini AÇIQLADI

media-hightechnic-468x90

ABŞ Prezidenti Co Bayden Kiyevə getmə səbəbini açıqlayıb

Yenicag.az xəbər verir ki, o, bu barədə “Twitter” hesabında məlumat paylaşıb.

“Rusiyanın Ukraynaya təcavüzünün ildönümünə yaxınlaşdığımız bir vaxtda Prezident Zelenski ilə görüşmək və Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi təsdiqləmək üçün bu gün Kiyevdəyəm. Son bir il ərzində Birləşmiş Ştatlar görünməmiş hərbi, iqtisadi və humanitar dəstək göstərməklə Ukraynanı qorumaq üçün Atlantik okeanından Sakit okeana qədər ölkələrin koalisiyasını yaradıb və bu dəstək hazırda da davam edir. Putin təxminən bir il əvvəl işğala başlayanda Ukraynanın zəif olduğuna və Qərbin parçalandığına inanırdı. Amma o, çox yanılıb”, – deyə Bayden paylaşımında qeyd edib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600