Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, Ərdoğanın təklifi ilə reallaşan telefon danışığında Suriyada son günlər davam edən silahlı qarşıdurmalar, “Ağ quyu” nüvə mərkəzi və Türk axını layihəsi müzakirə edilib.
Putin isə sözügedən telefon danışığı barədə yerli mətbuata açıqlamasında bunları söyləyib: “Sizinlə görüşə gəlməzdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığımız oldu. Türkiyəli həmkarımla Suriyadakı vəziyyəti müzakirə etdik. İdlibdə baş verənləri, Suriyadakı hərbi bazalarımıza dronlarla hücumu müzakirə etdik”.