Putin müsəlmanları təbrik etdi

media-hightechnic-468x90

3755452pyunRusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Prezidentin təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib.

“Bu gün biz Rusiyanın müsəlman ümrəsinin ölkəmizdə tamhüquqlu yaşamasının şahidiyik: məscidlər tikilir, Bolqar islam Universitetinin əsası qoyulub, universitet və mədrəsələr yaradılır, İslam təhsili və müsəlmanların müqəddəs yerlərə səyahətinin təşkili təkmilləşdirilir. MDB ölkələri müftiləri və xarici dini qurumlarla əməkdaşlıq genişləndirilir”, – deyə təbrik məktubunda bildirilir.

Putin müsəlman icmasının millətlərarası və dinlərarası dialoqa verdiyi tövhəni yüksək qiymətləndirib.

media-ziraat-728x90

Putin müsəlmanları təbrik etdi

media-hightechnic-468x90

u700Rusiya prezidenti Vladimr Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

O, təbrikini Rusiyada yaşayan müsəlmanlara ünvanlayıb. “Müqəddəs Ramazan bayramı özündə dərin mənəvi məna, imanın möhkəmlənməsi sevincini, mənəvi paklanma və özünümükəmməlləşdirməni ehtiva edir”, – deyə Putin təbrikində deyib.

O həmçinin bildirib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər. Vladimir Putin müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu da deyib: “Onların dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri durmadan inkişaf edir. Onlar xeyriyyə, təhsil sahəsində də çox işlər görürlər.”

Rusiya prezidenti müsəlmanların ekstremistlərə qarşı müqavimətindən də danışıb. “Müsəlmanların ekstremistlərin islam dəyərlərini məhv etmək, müsəlmanlar arasında düşmənçilik və dözümsüzlük toxumları səpməsinə qarşı prinsipial mövqeyi də böyük hörmətə layiqdir. Belə məhsuldar və çoxşaxəli fəaliyyət insanlar arasında dostluq və anlaşmanın möhkəmlənməsinə, ölkədə sülh və anlaşmanın qorunmasına kömək edir”, – deyə Vladimir Putin bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600