Putin niyə Türkiyəni SEÇDİ? – “Əgər İstanbulda razılıq əldə edilərsə...”

media-hightechnic-468x90

 

“Bu amillər göz önünə gətirildikdə Putinin müstəqil siyasət yürüdən Türkiyəni seçməsi təəccüblü hal deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar üçün Türkiyə platformasını seçməsinin səbəblərini şərh edib.

Politoloq bildirib ki, burada bir neçə mühüm faktor var, lakin əsas məqam 3 il öncə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sazişin bağlanmasına yaxın zəminin məhz İstanbulda yaranması idi:

“Həm Rusiya, həm də Ukrayna artıq 4 ildir bitməyən bu müharibədən yorulub. İki tərəf də sülhün əhəmiyyəti barədə çıxışlar edir. Nəzərə alınmalı bir məqam var ki, o da müharibənin hər iki tərəf üçün imicə zərər verməyəcəyi şəkildə sonlandırılmasıdır. Qısacası, indiki dövr üçün tərəflər arasında psixoloji mübarizənin getdiyini demək mümkündür. Putinin müharibəni dayandırmaq üçün birbaşa danışıqlar təklifindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin də üstünlüyü əldən verməmək üçün dərhal özünün də hazır olduğunu bildirməsi bunu deməyə əsas verir”.

“Putin hazırda 3 il öncə yarım qalan proseslərin yenə də İstanbulda davam etdirilməsini istəyir. Əlavə olaraq Səudiyyə Ərəbistanında danışıqların davam etdirilməməsi müəyyən suallar yaradır. Vurğulamaq lazımdır ki, Səudiyyə Ərəbistanı ABŞ-nin regionda strateji müttəfiqidir. Yəni Türkiyədən fərqli olaraq müəyyən qərarların verilməsinə Vaşinqtondan asılıdır. Bu amillər göz önünə gətirildikdə. Putinin müstəqil siyasət yürüdən Türkiyəni seçməsi təəccüblü hal deyil. Əgər İstanbulda razılıq əldə edilərsə, Türkiyənin geosiyasi müstəvidə nüfuzu və bölgədəki rolu daha da artacaq”, – deyə o fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600