Putin “qanuni oğru” elan edildi – Foto

media-hightechnic-468x90

HGFHGFHTRTYRRusiyanın “Konflikti i zakonı” (“Münaqişələr və qanunlar”) agentliyi Rusiya Prezidenti Vladimir Putinin Sankt Peterburqda müəyyən vəzifələrdə işədiyi vaxtlardakı fəaliyyətini araşdırıb.

Agentlik bunun üçün hələ illər öncə Natalya Şulyakovskaya adlı müxbir tərəfindən hazırlanan “KQB polkovniki Piteri dünyaya talan etdirir” adlı məqaləsini dərc edib.

Agentliyin qənaətinə görə, 20 il bundan öncə Putin haqqında sanki “qanuni oğru” təsiri bağışlayan məqalələr dərc olunurdu. Məsələn, Şulyakovskaya yazısında bildirib ki, Leninqrad vilayəti Xarici əlaqələr departamentinin rəhbəri Vladimir Putin xammalın ölkə xaricinə çıxarılması üçün qeyri-qanuni lisenziyalar verir. Bu sənədlər hətta müqavilələr bağlanmamışdan öncə hazırlanırdı.

Şulyakovskaya sözügedən məqaləsinin sonunda Leninqradı 122 milyon dollardan məhrum etdiyinə görə KQB polkovniki Vladimir Putinin xalq qarşısında mütləq cavab verəcəyi barədə fikirlərini əks etirib.

Xatırladaq ki, “Konflikti i zakonı”nın belə arxiv səndlərini təkrar gündəmə gətirməkdə məqsədi Rusiyada rəhbər şəxslərin əksəriyyətinin keçmişinin kriminalla bağlı olduğunu göstərməkdir(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600