Putin Rusiya hərbi formalarında dəyişiklik etdi

media-hightechnic-468x90

 

Rusiya Prezidenti Vladimir Putin hərbi forma geyim qaydalarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, rəsmi hüquqi informasiya portalında dərc olunan fərmana əsasən, qısa və uzunqol kostyumların geyinilməsi qaydaları yenidən tənzimlənib. İndi Rusiya Silahlı Qüvvələrinin və Rusiya Milli Qvardiyasının yüksək rütbəli zabitləri xüsusi kəmərlər və müəyyən edilmiş rəng zolaqları olan şalvarlarla təmin ediləcək.

Həmçinin, Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının səhra geyimlərinə kamuflyaj döyüş köynəyi əlavə edilib. Hərbi Dəniz Qüvvələrinin və sahil qoşunlarının yüksək rütbəli zabitləri üçün isə yaxası və çiyin qayışları 5 faiz qızılla örtülmüş tikişli qara rəngli əlavə gödəkçə təqdim olunacaq.

Dəyişikliklər Rusiya ordusunun geyim standartlarının yenilənməsi və zabitlərin rütbələrinə uyğun fərqləndirilməsi məqsədi daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600