Putin-Tramp görüşü öncəsi Ukrayna üçün kritik XƏBƏRDARLIQ: “Başqa yolu yoxdur”

media-hightechnic-468x90

“Ukraynanın Trampın dediklərini qəbul etməkdən başqa yolu yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, ABŞ və Rusiya arasında avqustun 15-i planlaşdırılan mümkün Putin-Tramp görüşünün ehtimal edilən nəticələri ilə bağlı fikirlərini səsləndirib.

Analitik bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyi aydındır:

“İşğal etdiyi 4 vilayətin öz nəzarətində qalmağını, Ukraynanın isə geri çəkilməsini istəyir. ABŞ Prezidenti Donald Tramp da bunu yaxşı başa düşür. Putini sülh istəməməkdə günahlandırmasının səbəbi də məhz budur. Maraqlısı odur ki, sanksiyaların tətbiqinə gəlib çatan zaman ortaya Alyaska görüşü çıxdı”.

Onun sözlərinə görə, mediada xəbərləri müşahidə etdikdə, Putinin atəşkəsə razılıq vermək istədiyi görünür:

“Bir şərtlə ki, Donetsk vilayəti ona verilsin. Digər vilayətlərlə bağlı tələbi isə hələ də qüvvədədir. Lakin mübadiləyə getmək istəyi də gözdən yayınmır. Ukrayna Prezidenti Volodimir Zelenski isə heç bir ərazi itkisindən söhbət gedə bilməz deyir”.

“Trampın Putinin bir sıra şərtlərini qəbul etdiyi açıq-aydın görünür. Görüş də məhz buna görə baş tutur. Ukrayna isə pis vəziyyətdədir. Əgər ABŞ geri çəkilsə, Rusiya digər əraziləri də işğal edəcək. Eyni zamanda hərbi yardımı da dayandıra bilər. Bu isə Ukraynanın vəziyyətini daha da ağırlaşdırar. Qısacası, Ukraynanın Trampın dediklərini qəbul etməkdən başqa yolu yoxdur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa