Putin “va-bank” GEDİR: “Rusiyanın bu gün edə biləcəyi daha çox hay-küydür”

media-hightechnic-468x90

“Putin Trampı aldadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

media-natiqmiri1

Analitik avqust ayının 15-də Alyaska şəhərində keçiriləcək olan görüş öncəsi Rusiya -Ukrayna müharibəsindəki son durumu şərh edib.

Onun sözlərinə görə, Donetskin strateji şəhərləri, o cümlədən Kramatorsk, Pokrovskun ərazilərinin işğalı üçün total hücuma keçilib:

“Təkcə Pokrovsk yaxınlığında yüz minə yaxın rus qoşunu mövcuddur. Ancaq rus mediasının təbliğatının böyük hay-küyünə baxmayaraq, Pokrovskun mühasirəsi və Donetskinin digər şəhərlərinin də yarım mühasirəyə düşdüyü haqqında fikirlər doğru fikirlər deyil. Gerçək ondan ibarətdir ki, kiçik qruplar şəklində bir neçə istiqamətdə sızmağı bacarıblar. Hətta 10 km-ə qədər sızıntının olduğu bildirilir. Artıq bu ifşa olunub və bu qrupların tapılması və məhv edilməsi prosesi dünəndən başlayıb, qruplar bir-bir aşkar edilərək məhv edilir və ya əsir götürülür. Artıq bu əməliyyata başlanılıb, eyni zamanda komandanlığın verdiyi əmrə görə sızıntıların qarşısının alınıb məhv edilməsi üçün bölgəyə əlavə qüvvələr cəlb edilib”.

N. Miri düşünür ki, Putinin, əslində, bu davranışları ilə Trampı aldatmağa hesablanıb:

“Düşünürəm ki, bu prosesin, sözün əsl mənasında, ciddi hərbi uğuru mövcud deyil. Burada əsas məqsəd avqustun 15-də keçiriləcək Alyaska görüşüdür. Vladimir Putin mediada böyük hay-küy yaratmaqla guya artıq Alyaska görüşünə qədər “Rusiya Donetskin bütün inzibati sərhədlərinə çatıb” görüntüsü yaratmaq istəyir. Qısacası, Donbas məsələsini qısa müddətdə həllini göstərmək və bundan sonra da rus qoşunlarının bu ərazilərdən digər – Xarkov, Sumi, Dnepropetrovsk kimi ərazilərə plasdarm kimi istifadə edə biləcəyi görüntüsü yaratmaq istəyir”.

Analitik hesab edir ki, bunlar mümkün olmayacaq:

“Rusiyanın bu gün edə biləcəyi daha çox hay-küydür. Bu formada Donald Trampı yanıltmaq, aldatmaq mümkün olur. Ən azından. bu günə qədər Trampı rahatlıqla aldada biliblərsə, bundan sonra da aldada bilərlər. Trampın yanaşması ilk gündən təməlli olaraq yanlışdır. Bu baxımdan, Trampın sülh, atəşkəs çağırışı nəinki Rusiya-Ukrayna müharibəsinin bitməsinə yardım etmir, əksinə, çox ciddi problemlər yaradır. Bu problemlər sadəcə Ukrayna ilə məhdudlaşmır, bu problemlər eləcə də Avro-Atlantik məkan, Qərb dünyası, Avropa İttifaqı üçün çətinliklər yaradır. Buna görə də təbliğat xarakterli böyük hay-küy, xüsusilə də qlobal mediada bu cür hay-küyün stəkanda fırtınalar yaradılması daha çox avqustun 15-i Alyaskada keçiriləcək olan prezidentlərin görüşünə hesablanır. Nəticə etibarilə, düşünürəm ki, Rusiya böyük itkilər verəcək və sızıntıya nail olan kiçik qruplar aşkar edilərək məhv ediləcək, ya da əsir götürüləcək. Artıq bu prosesə başlanılıb”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa