Putin xəbərdarlıq ETDİ: Qlobal gərginlik təhlükəli həddə çatır

media-hightechnic-468x90

“Qlobal vəziyyət getdikcə qeyri-sabitləşir və bəzi bölgələrdə gərginlik təhlükəli həddə çatır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, bu şəraitdə Rusiyanın balanslı və konstruktiv diplomatik səylərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Putin qeyd edib ki, milli maraqların etibarlı qorunması xarici siyasət alətlərindən maksimum səmərəli istifadəni tələb edir və diplomatiya ölkənin təhlükəsizliyinin təminində əsas mexanizmlərdən biri olaraq qalır.

Diplomat Günü münasibətilə Kremlin rəsmi saytında dərc olunan müraciətdə prezident Rusiya diplomatlarının ölkənin obyektiv və qərəzsiz imicinin formalaşdırılmasına verdiyi töhfəni xüsusi qeyd edib.

O, həmçinin xaricdə yaşayan həmvətənlərin hüquqlarının qorunmasının, rus dilinin, elmi və mədəni nailiyyətlərin təşviqinin, eləcə də qlobal informasiya məkanında Rusiyanın real və müsbət imicinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05