“Putin yalan danışır”

media-hightechnic-468x90

1425962365_putinerewr“Rusiya prezidenti Vladimir Putin yalan danışır, Polşa Krımın işğalı ərəfəsində Ukrayna hərbçiləri üçün heç bir hərbi təlim keçməyib”.

Yenicag.az aznews-a istinadən xəbər verir ki, bu sözləri “Joinfo” saytı Polşanın müdafiə naziri Tomaş Semonyaka istinadən yayıb.

Qeyd edək ki, dünən Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Krım. Vətənə doğru gedən yol” sənədli filmində Putin deyib ki, Polşa ukraynalı döyüşçülərin hərbi hazırlığında yaxından iştirak edib.

“Bu, informasiya müharibəsində 1-ci və sonuncu yalan deyil. Hazırda Polşanın xarici işlər naziri Brüssel şəhərində görüşlər keçirir. O, qayıdan kimi yəqin bu növ yalanlara reaksiya verəcək. Ümumilikdə isə həmin filmdə Putinin danışdıqları mənə çox təəccübləndirdi”, – deyə Polşanın müdafiə naziri bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa