Putindən Avropa Oyunları ilə bağlı təbrik

media-hightechnic-468x90

130910141601-vladimir-putin-0910-2p-story-topRusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarında ölkə millisini qeyri-rəsmi komanda hesabında qələbə qazandığı üçün təbrik edib və qeyd edib ki, rusiyalı idmançıların potensialı “Rio 2016” Olimpiadasında uğurlu çıxışının təminatıdır.

O bildirib ki, I Avropa Oyunlarında qeyri-rəsmi komanda hesabında qalib gəlməklə Rusiya millisi ölkə idmanı tarixində yeni və parlaq səhifə yazıb: “Uğur yalnız ustalıqdan deyil, həmçinin psixoloji dözüm, komanda həmrəyliyi və iradə gücündən asılıdır. Siz bu keyfiyyətləri tamamilə nümayiş etdirə bildiniz. Təbrik edirəm! Afərin!”

V.Putin məşqçilərə və idmançılara kömək edən hər bir kəsə xüsusi minnətdarlığını bildirib: “Birlikdə sübut etdiniz ki, millimizin böyük potensialı və yaxşı ehtiyatları var”. (trend)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600