!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən Azərbaycanla bağlı fikirlər: “Rusiya ilə uzunmüddətli strateji tərəfdaşlığın əsası qoyulub”

!Reklam – Yazi

“Azərbaycan rəhbərliyi daim bir bəyanatla çıxış edir ki, Azərbaycan çoxvektorlu, tarazlı xarici siyasət həyata keçirir. Azərbaycan hamı ilə, bütün yeni xarici dövlətlərlə münasibətləri öz maraqlarına uyğun və tərəfdaşının da maraqlarını nəzərə almaqla həyata keçirir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin ötən gün Azərbaycanla bağlı səsləndiridyi fikirlərə toxunub.

N. Şəfiyev hesab edir ki, Rusiyan əleyhdarları, onunla dostluq münasibətində, habelə Rusiyaya neytral mövqedə olan dövlətlərlə (əgər onlar bizimlə əməkdaşlıq edirlərsə – N.Ş.) elə sahələrdə əməkdaşlıq qurulur ki, bir-birinin maraqlarına toxunulmasın:

“Azərbaycan bu gün Ukraynaya humanitar yardım göndərən dövlətlərdən biridir. Amma gördüyümüz kimi, bəzi nüansları çıxmaq şərti ilə Azərbaycanın bu hərəkətləri Rusiyada qıcıq doğurmur. Yəni Azərbaycan elə bir sahədə köməklik göstərir ki, bu, Rusiyanın strateji maraqlarına toxunmur. Bölgədəki mövqeyimiz, Rusiya, İran, Türkiyə, Orta Asiya dövlətləri ilə münasibətlər, eləcə də qonşumuz Ermənistan və Gürcüstanla münasibətlərin hamısında Azərbaycan hər kəsə bildirir ki, öz maraqlarının tapdalanmasına imkan verməyəcək. Eləcə də başqa dövlətlərlə bu sahədə, yəni Azərbaycanın maraqlarına zidd olmayan məsələlərdə əməkdaşlığını da davam etdirir. Vaxt var idi Azərbaycanın bu siyasətini Rusiyada o qədər də dəqiq qavramırdılar. Lakin illər keçdikcə, Rusiya rəhbərliyi də gördü ki, Azərbaycan öz sözünün və imzasının ağasıdır, eləcə də Azərbaycan hərəkətlərində partnyorlarının maraqlarını nəzərə alan bir dövlətdir”.

“Bu baxımdan, Azərbaycanla Rusiya arasında bir sənədi yadınıza salmaq istəyirəm. 2022-ci ilin fevral ayında İlham Əliyevin Moskvaya səfəri zamanı imzalanan müttəfiqlik haqqında yeni sənəd var idi. Bu sənəd Azərbaycanla Rusiya arasında olan münasibətləri çox yüksək səviyyəyə çatdırdı. Hazırda Azərbaycanla Rusiya müxtəlif sahələrdə bir çox hallarda eyni mövqedən çıxış edirlər. Bu məxsusi olaraq Qərbin ikili standartları ilə bağlı məsələlərdə özünü büruzə verir”, – siyasi şərhçi əlavə edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında uzunmüddətli strateji tərəfdaşlığın əsası qoyulub ki, Rusiya prezidenti də öz çıxışında məhz bunu nəzərdə tutmuşdu:

“Güman etmirəm ki, məsələlər dəyişəndən və Ermənistan Rusiyanın orbitinə qayıdandan sonra Azərbaycana olan münasibət dəyişsin. Ən azından, həmin dövrdə Azərbaycan diplomatiyasından əlavə səylər tələb olunacaq ki, indiki mövqeyi qoruyub saxlaya bilsin. Çünki digər tərəfdən də müəyyən təzyiqlər olacaq və bu balans siyasəti təbii olaraq əlavə güc və səy tətbiq olunmasını istəyəcək. Sovetin vaxtında tarixdə xalqların, xalq kütləsinin rolundan danışırdılar. Daha sonra isə o nəticəyə gəldilər ki, fərdlərin yox, liderlərin rolunu qiymətləndirmək lazımdır. Bu baxımdan düşünürəm ki, hələlik Rusiyada Vladimir Putin prezidentdirsə və onun qoyduğu istiqamətdə fəaliyyət davam edəcəksə, Azərbaycanla problem yaranmayacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

1763
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv